BAKI, 11 yanvar — Sputnik. Koronavirus pandemiyasına baxmayaraq, "Avroviziya" beynəlxalq vokal müsabiqəsi 2021-ci ildə keçiriləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şərhçi, aktyor və komediyaçı Qraham Norton musiqi yarışının taleyindən danışıb. Sənətçi bu il fərqli ölkələrin musiqiçilərinin birinci yer uğrunda mübarizə aparacaqları müsabiqənin ənənəvi formatda "mütləq baş tutacağını" qeyd edib.
Eyni zamanda, müsabiqənin təşkilatçıları yarışçıların Rotterdama (Hollandiya) gələ bilməməsi və ya oraya çatdıqdan sonra karantində qalmaq məcburiyyətində olacağı təqdirdə, çıxışın video yazısının təqdim edilməsinə də icazə verib. Qeyd olunan nömrələr üçün ciddi qaydalar müəyyənləşdiriləcək.
Bununla yanaşı, Norton vokal yarışının "20 min tamaşaçı ilə stadionda baş tutacağına" inanmadığını da dilə gətirib.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında "Avroviziya" müsabiqəsinin təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim edərək, yarışın formatının dünyadakı epidemioloji vəziyyətdən asılı olacağını vurğulamışdılar.
Yarışın tarixləri daha əvvəl açıqlanmışdı. Belə ki, finalının 22 mayda keçirilməsi planlaşdırılır.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.