BAKI, 11 yanvar — Sputnik. Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb. İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.
APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə borc üstündə baş verib.
Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.