Sadır Caparov

Qırğızıstanda keçirilən prezident seçkisində Sadır Caparov liderdir

15
2476 seçki dairəsindən 2425-nin nəticəsi məlum olub. Bu nəticəyə əsasən, 1,117 milyon seçici S. Caparova səs verib.

BAKI, 11 yanvar — Sputnik. Qırğızıstanda bazar günü keçirilən prezident seçkisinin ilkin nəticəsi məlumdur. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, artıq seçki bülletenlerinin 98 faizi açılıb və ilkin nəticəyə görə, Sadır Caparov 79 faiz səslə liderdir. Bu barədə RİA Novosti məlumat yayıb. Məlumatda bildirilir ki, səhər saat 9:00-a kimi

2476 seçki dairəsindən 2425-nin nəticəsi məlum olub. Bu nəticəyə əsasən, 1,117 milyon seçici S. Caparova səs verib.

Seçki məntəqələrinin 71 faizində səslərin əllə hesablanmasının nəticəsinə görə, yenə Caparov lider olub. Bu nəticə onun bütün səslərin 80 faizindən çoxunu topladığını göstərib.

Qeyd edək ki, Qırğızıstan seçki qanuna əsasən, bu ölkədə səsvermənin yekun nəticəsi üçün səslərin əllə hesablanması da tələb olunur.

Xatırladaq ki, 2020-ci ildə parlament seçkisindən sonra nəticədən narazı qalan insanlar küçələrə çıxıb etiraz aksiyası keçirmiş, prezident Sooronbay Jeenbekov istefa vermiş və S. Caparov müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlamışdı. Keçən ilin noyabr ayında isə o, prezident seçkisində iştirak etmək məqsədilə öz vəzifəsindən istefa vermişdi.

15

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

3
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

3
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

7
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

7