BAKI, 9 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.
APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə borc üstündə baş verib.
Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.
“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.