Çiynində çamadan aparan kişi, arxiv şəkli

Bu şəxslərin məcburi köçkün statusu ləğv ediləcək

31
"Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq".

BAKI, 8 yanvar — Sputnik. "Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib. O qeyd edib ki, mövcud qanunvericiliyə məcburi köçkünlərlə bağlı dəyişikliyin edilməsi istisna deyil: "Buna zərurət yaranıb".

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək: "Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq".

31
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

2
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

2
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi: Vətən müharibəsində 2855 nəfər şəhid olub - SİYAHI

4
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

BAKI, 18 yanvar - Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

4