CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidin ikinci övladı dünyaya gəlib: Adını atası vermişdi

© Sputnik / Ilham MustafayevƏmrah Əliyev
Əmrah Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adını şəhidimiz özü vəsiyyət edib: Ona atamın adını verərsiz!

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Əmrah Əliyevin ikinci övladı dünyaya gəlib. Tovuz rayonun Dondar Quşçu kənd sakini Əmrah Əliyevin ikinci övladı da oğlandır. Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adını şəhidimiz özü vəsiyyət edib. Şəhidimizin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdüb, həyat yoldaşının arzusunu yerinə yetirəcəyini deyib:

© Sputnik / Ilham Mustafayev
Şəhid olan Əmrah Əliyevin ikinci övladı  - Sputnik Azərbaycan
1/4
Şəhid olan Əmrah Əliyevin ikinci övladı
© Sputnik / Ilham Mustafayev
Şəhid olan Əmrah Əliyevin ikinci övladı  - Sputnik Azərbaycan
2/4
Şəhid olan Əmrah Əliyevin ikinci övladı
© Sputnik / Ilham Mustafayev
Şəhid olan Əmrah Əliyev - Sputnik Azərbaycan
3/4
Şəhid olan Əmrah Əliyev
© Sputnik / Ilham Mustafayev
Şəhid Əmrah Əliyev - Sputnik Azərbaycan
4/4
Şəhid Əmrah Əliyev
1/4
Şəhid olan Əmrah Əliyevin ikinci övladı
2/4
Şəhid olan Əmrah Əliyevin ikinci övladı
3/4
Şəhid olan Əmrah Əliyev
4/4
Şəhid Əmrah Əliyev

"Övladının adını özü qoymaq istəyirdi. Müharibəyə yollananda dedi oğlum olsa atamın adını qoyarsız. Bu gün onun vəsiyyətini yerinə yetirərərk Rüfət adı verdik"-deyə bildirib.

Balaca Rüfət yeni ilin ilk günündə 3 kq 800q ağırlığında dünyaya gəlib. Şəhidin anası Zahidə Əliyeva ana və övladın sağlamlığı qaydasında olduğunu söyləyib:

"Müharibə başlayanda dayana bilmədi. Dedi mən gedirəm müharibəyə. Özünün 2 texnikası varıydı. Atdı getdi. Dedim sənin övladın dünyaya gələcək. Dedi dayana bilmərəm. Xocavənd döyüşlərində şəhid xəbəri gəldi", - deyə məlumat verib.

Qeyd edək ki Əmrah Əliyev noyabrın 9-da Xocavənd rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xəbər lenti
0