İki aydır axtarılan hərbiçilərin şəhid olduğu məlum olub: Onları torpağa tapşırıblar

© Photo : APAŞəhid məzarı. Arxiv şəkli
Şəhid məzarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhid olmuş hərbçilər - Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

BAKI, 7 yanvar - Sputnik. Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 44 günlük Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.

Belə ki, Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.

Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib.

Xəbər lenti
0