Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda virusa yoluxma ilə bağlı vəziyyət yaxşılaşıb - TƏBİB rəsmisi

12
(Yenilənib 20:23 07.01.2021)
"Xəstəxanalarda bütün yataqlar, reanimasiyada belə yataqlar dolmuşdu, bu, çox təhlükəli həddə gəlib çatmışdı".

BAKI, 7 yanvar — Sputnik. "Azərbaycanda sərtləşdirilmiş karantinlə bağlı bəzi qadağalar tətbiq ediləndən sonra vəziyyət yaxşılaşıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib: "Biz sərtləşdirilmiş karantinə getdikdə yoluxma sayı 4 minin üzərində idi. Hətta bu rəqəm 5 minə çatmışdı. Xəstəxanalarda bütün yataqlar, reanimasiyada belə yataqlar dolmuşdu. Bu çox təhlükəli həddə gəlib çatmışdı. Amma son günlər bu say xeyli azalıb".

Y.Qarayeva bildirib ki, yoluxma sayı testin sayı ilə əlaqəli olsa da, edilən testin içində nə qədərinin pozitiv çıxması önəmlidir: "Bu faizdə ciddi enmə var. Aparılan testlərin içərisində nə qədər pozitiv çıxmasına diqqət edirik".

Y.Qarayeva onu da əlavə edib ki, yanvarın 18-dən sonra hansı qərarın veriləcəyi Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır.

12
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

3
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

3
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5