Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiklərin məhv edilməsinə hazırlaşırlar, arxiv şəkli

Dövlət sərhədində içərisində narkotik vasitə olan bağlama aşkarlanıb

12
(Yenilənib 20:26 07.01.2021)
Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülüb.

BAKI, 7 yanvar — Sputnik. Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar ayının 2-də Sərhəd Qo­şun­larının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

12
Teqlər:
DSX, narkotik, narkotik maddə, narkotik vasitə

Vladimir Putin özünü əla hiss edir

1898
(Yenilənib 14:57 20.09.2021)
Rusiya Prezidenti ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən karantin rejimindədir və özünü əla hiss edir.

BAKI, 20 sentyabr — Sputnik. Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib. 

14.09.2021 - 113:31

Vladimir Putin özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən özünütəcrid rejiminə əməl etməli olduğunu bildirib. Bu barədə RİA Novosti Kremlə istinadla məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti ötən il "Sputnik-V" peyvəndi vurdurduğunu və prosesdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Xatırladaq ki, digər dövlət başçılarından fərqli olaraq Vladimir Putin peyvənd olunarkən foto çəkdirməmişdi.

1898
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

6
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6