Bu metro stansiyasında yeniliklər olacaq

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.

BAKI, 7 yanvar — Sputnik. "Cəfər Cabbarlı" stansiya yolunda da yeniliklər olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Xəbərdə bildirilir ki, 2020-ci ildə irimiqyaslı təmir-bərpa və yenidənqurma işləri "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda başa çatmaq üzrədir: "Burada platforma və stansiya yolu tamamilə əsaslı şəkildə yenidən qurulmaqla xidmət imkanları, konstruksiya etibarlığı, habelə estetik görkəmi ilə də müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb.

Bu stansiya ilə "Xətai" stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib. Ümumiyyətlə, 2020-ci il metro tikintisi və stansiyaların əsaslı təmiri, yenidən qurulması, infrastruktur yeniləşməsi baxımından əhəmiyyətli il kimi yadda qalacaq".

Xəbər lenti
0