CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən əhaliyə xəbərdarlıq

© Sputnik / Murad OrujovДевушка на одной из улиц в Баку
Девушка на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir.

BAKI, 6 yanvar — Sputnik. Təhsil Nazirliyi onun loqosundan istifadə edərək saxta məlumatlar yayan vətəndaşlara xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbərdarlığın mətnində deyilir:

"Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək, müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir. Bu isə ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır. Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək".
Xəbər lenti
0