Həbsxana, arxiv şəkli

Bakıda ana həbsdə olan oğluna narkotik aparıb

10
(Yenilənib 14:33 05.01.2021)
Paşayeva Ofelya tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

BAKI, 5 yanvar — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

Ofelya Paşayevadan götürülmüş narkotik maddə

Faktla bağlı araşdırma aparılır.

10
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan

Həftənin ən parlaq şəkilləri - qar vannası, can verən qalaktika, Kapitolidə pizza

5
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.

ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü. 

İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.

İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

5
  • © AP Photo / Petros Karadjias

    Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr

  • © AFP 2020 / Karim Sahib

    Liva səhrasında adam, BƏƏ

  • © AFP 2020 / Gabriel Bouys

    Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya

  • Issei Kato

    Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya

  • © AP Photo / Oded Balilty

    Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail

  • © REUTERS / Basri Marzuki/Antara Foto

    Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya

  • © AP Photo / Manuel Balce Ceneta

    Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar

  • © REUTERS / Loren Elliott

    Qız okean üzərində ipdən sallanıb

  • © AP Photo / Alex Brandon

    Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir

  • © REUTERS / Yara Nardi

    Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya

  • © REUTERS / Navesh Chitrakar

    Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal

  • © REUTERS / Baz Ratner

    Kampalada qadın başında ananas aparır, Uqanda

  • © REUTERS / M. Kornmesser / European Southern Observatory

    ID2299 qalaktikasının bədii təsviri

  • © AFP 2020 / Wang Zhao

    Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin

  • © REUTERS / Kyodo

    Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya

  • © REUTERS / Ajeng Dinar Ulfiana

    Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir

  • © AP Photo / Michael Probst

    Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya

  • © REUTERS / Johan Nilsson / TT News Agency

    Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç

  • © AFP 2020 / Patrick T. Fallon

    ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız

  • © REUTERS / Ivan Alvarado

    Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili

  • © AP Photo / Darko Vojinovic

    Belqradda avtobus sərnişinləri, Serbiya

  • © AFP 2020 / Douglas Magno

    Yağış mövsümündə çayda sörfinq, Braziliya

  • © AFP 2020 / Manan Vatsyayana

    Hanoyda Opera Teatrının yanında qız, Vyetnam

  • © AFP 2020 / Ed Jones

    Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya

  • © Sputnik / Anton Podgaiko

    Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya