CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTRŞ-nin üzvü COVID-19-dan vəfat edib

© Sputnik / StringerМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elyazov Mübariz Elyaz oğlu COVID-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

BAKI, 5 yanvar — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a MTRŞ-dan məlumat verilib. Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVID-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. "Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub. O, 2003-ci ildən MTRŞ-nin üzvü olub. Allah rəhmət eləsin!

Xəbər lenti
0