CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O qızı tapın - İtkin düşən 12 yaşlı qız axtarılır

© pixabay / SkitterphotoДевочка во дворе дома, фото из архива
Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKI, 5 yanvar — Sputnik. Paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, o evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

© AR Ministry of Internal AffairsLəman Şahbazova
O qızı tapın - İtkin düşən 12 yaşlı qız axtarılır - Sputnik Azərbaycan
Ləman Şahbazova

Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0