BAKI, 29 dekabr — Sputnik. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sputnik Azərbaycan-ın məlumatına görə, presidentin saytında yayılan təbrikdə deyilir:
"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.
Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.
Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm".
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.