Ermənistan daha iki hərbi əsiri Azərbaycana qaytarıb

© Sputnik / Mediabanka keçidМашины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива
Машины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl isə Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.

BAKI, 28 dekabr - Sputnik. Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl isə Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib ki, əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib.

"Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.

Xəbər lenti
0