Molla Nəsrəddinin evi restavrasiya edilib

© AP Photo / Matt RourkeСтроитель, фото из архива
Строитель, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Konyanın Ağşəhər Bələdiyyəsi tərəfindən aparılan restavrasiya işlərindən sonra Molla Nəsrəddinin (Nəsrəddin Hoca) evinin divarlarında 18 lətifənin yazıldığı silikon heykəllər yerləşdirilib.

BAKI, 25 dekabr — Sputnik. Türk dünyasında "Nəsrəddin Hoca" kimi tanınan Molla Nəsrəddinin Ağşəhər qəsəbəsindəki evi yenidən təmir edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Ağşəhər Bələdiyyəsi tərəfindən aparılan restavrasiya işlərindən sonra Molla Nəsrəddinin (Nəsrəddin Hoca) evinin divarlarında 18 lətifənin yazıldığı silikon heykəllər yerləşdirilib. Evin bağçasında isə gələcəkdə turistlərin rahat şəkildə ziyarətini təmin etmək üçün hovuz və istirahət üçün skamyalar qurulacaq.

Xatırladaq ki, Nəsrəddin Hoca (Molla Nəsrəddin) 1208-ci ildə Əskişəhərdə dünyaya gəlib. 1284-cü ildə Konyanın Ağşəhər qəsəbəsində vəfat edib, Nəsrəddin Hoca türbəsində dəfn edilib.

Xəbər lenti
0