Qafanın meri: Daha bir strateji yol tam Azərbaycanın nəzarətinə keçib

© SputnikПограничная зона Азербайджана с Арменией (18 декабря 2020). Капан
Пограничная зона Азербайджана с Арменией (18 декабря 2020). Капан - Sputnik Azərbaycan
Abunə olmaq
Qafanın meri Qevork Parsyan: Azərbaycanlılar strateji yüksəklikləri tutublar, nəticədə Qafan şəhəri və digər yaşayış məntəqələri hədəfə çevrilib.

BAKI, 25 dekabr — Sputnik. Ermənistanın Qafan şəhərindən Əkərək kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarəti altına keçib. Artıq ondan istifadə etmək olmaz. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində çıxışı zamanı Qafanın meri Qevork Parsyan bildirib.

O vurğulayıb ki, Qafan – Gorus, Qafan – Çakaten yolunda gediş-gəliş olsa da, burda da təhlükəsizliklə bağlı məsələlər var.

"Düşmən (Azərbaycanı nəzərdə tutur - red.) Sünik rayonunda yaşayış məntəqəsindən 100 metr məsafədə yerləşir. Qafandan isə bir kilometr. Bundan əlavə, biz ciddi problemlə üzləşmişik: Azərbaycanlılar strateji yüksəklikləri tutublar, nəticədə Qafan şəhəri və digər yaşayış məntəqələri hədəfə çevrilib", - deyə Parsyan qeyd edib.

O bildirib ki, bu gün Qafandan Əkərəyə digər yolla getmək olar, lakin həmin yol dəfələrlə uzundur və onun təmirə ehtiyacı var. Qış vaxtlarında o, praktiki olaraq keçilməzdir. Bununla da Əkərək, Ucanis, Yeğvard kəndləri müəyyən mənada blokadada qalıb.

Mer qeyd edib ki, Qafanda əhali gərgindir, lakin panika yoxdur. O vurğulayıb ki, bu rayonların sakinlərinin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etməyə hazırdırlar.

Xəbər lenti
0