BAKI, 25 dekabr — Sputnik. Türkiyənin TRT kanalı AzTV-yə onlarla birgə platforma şəklində uşaq kanalının yaradılması üçün müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
Onun sözlərinə görə, uşaq kanalının yaradılması 5 ayın, 1 ilin işi deyil. Bu kanalın yaradılması üçün bir neçə il lazımdır: "ARB-Günəş kanalı var. Amma TRT-nin istədiyi budur ki, bunu AzTV ilə reallaşdırsın. Bunun üçün güclü heyət, texniki imkanlar lazımdır. Bunun üçün yeni layihələr işlənməlidir. Milli uşaq televiziyasının yaradılması üçün iş aparılır, amma buna zaman lazımdır".
R.Məmmədov qeyd edib ki, uşaq kanalı ən çox maliyyə xərci aparan kanaldır.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:
“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.
Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz