Naomi Kempbell

Məşhur modeldən xeyirxah addım

6
(Yenilənib 15:26 24.12.2020)
Model Nyu Yorkda fəaliyyət göstərən restoranlardan biri ilə müqavilə imzalayaraq yardım kampaniyası başladıb. Kempbell, pandemiya dövründə gecə-gündüz əziyyət çəkən həkimlər üçün ərzaq və yemək yardımı edib.

BAKI, 24 dekabr — Sputnik. Model Naomi Kempbell tibb işçilərinə və həkimlərə yardım edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, Nyu Yorkda fəaliyyət göstərən restoranlardan biri ilə müqavilə imzalayaraq yardım kampaniyası başladıb. Kempbell, pandemiya dövründə gecə-gündüz əziyyət çəkən həkimlər üçün ərzaq və yemək yardımı edib.

50 yaşlı Naomi sosial media hesabında bununla bağlı paylaşım da edib.

"Başqalarının həyatını xilas etmək üçün öz həyatınızı riskə atırsınız. Pandemiyadan əvvəl də sonra da insan həyatı üçün çəkdiyiniz əziyyətə görə sizə minnətdarıq. Bu kiçik hədiyyəmi qəbul edin. Tanrı sizi və xilas etdiyini hər bir insanı qorusun" – deyə, o, bildirib.

6

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3