Disneyland, arxiv şəkli

Məşhurlarımızı heç vaxt belə görməmişdiniz - "Disney Azərbaycanda olsaydı..."

16
(Yenilənib 00:52 24.12.2020)
Layihədə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Faiq Ağayev, Əməkdar artistlər Bəhram Bağırzadə, Elza Seyidcahan, aktrisa Oksana Rəsulova, müğənnilər Dilarə Kazımova, Çingiz Mustafayev və Səmra Rəhimli iştirak ediblər.

BAKI, 24 dekabr — Sputnik. Məşhur incəsənət və mədəniyyət üzvləri "Disney Azərbaycanda olsaydı" layihəsində yer alıblar.

Sputnik Azərbaycan xəbər verir ki, estradanın doqquz ulduzu bir araya gətirilərək qrafik dizaynla Disney qəhrəmanına çevriliblər.

Layihədə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Faiq Ağayev, Əməkdar artistlər Bəhram Bağırzadə, Elza Seyidcahan, aktrisa Oksana Rəsulova, müğənnilər Dilarə Kazımova, Çingiz Mustafayev və Səmra Rəhimli iştirak ediblər.

Bənzətmələr "Art Mafia Studio" tərəfindən hazırlanıb.

16
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

6
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

6
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

8
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

8