BAKI, 23 dekabr — Sputnik. Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair "Göyçay şəhərinin Baş planı" təsdiq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb. "Göyçay şəhərinin Baş planı" 2035-ci ilə qədər olan dövrü əhatə edir.
Qeyd edək ki, ümumi sayı 42 olmaqla, o cümlədən son iki ildə Nazirlər Kabineti tərəfindən 8 şəhərin (Salyan, Xaçmaz, Göygöl, Masallı, Şəmkir, Quba, Tovuz, Biləsuvar) baş planı təsdiqlənib və 2 şəhərin (Ağcabədi və Göyçay) baş planının təsdiq edilməsi gözlənilir. Hazırda Komitə tərəfindən respublikanın 11 şəhərinin (Bakı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanması prosesi davam etdirilir, daha 5 şəhərin (Xudat, Liman, Dəliməmmədli, Göytəpə, Qovlar) baş planlarının işlənilməsinə başlamaq planlaşdırılır.
Bununla yanaşı, şəhər və digər yaşayış məntəqələrində müfəssəl planların hazırlanması üzrə də işlər yerli icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir ki, öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu işlərə lazımi metodiki köməklik göstərilməkdədir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.