İşğaldan azad edilən ərazilərdə hamı işlə təmin ediləcək - Mikayıl Cabbarov

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər naziri: "Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib".

BAKI, 23 dekabr — Sputnik. "İşğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi qarşıya vacib vəzifə kimi qoyulub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, bu il Azərbaycanın tarixində Qələbə ili kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qələbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu:

"Yola saldığımız il ağır olsa da, düşünülmüş siyasət nəticəsində stabillik qorunub saxlanılıb. Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib".

"Qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib. Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsidir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb", - deyə o bildirib.

Xəbər lenti
0