PPX avtomobili, arxiv şəkli

Cəlilabadda yığıncaq keçirənlər cərimə ediliblər

13
Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

BAKI, 23 dekabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejimi qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Muğan kəndi ərazisində M.Qürbətovun evində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq yığıncaq keçirilməsi aşkarlanıb.

Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib. 9 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 200 manat məbləğində cərimə olunub.

13
Teqlər:
xüsusi karantin rejimi, sərt karantin rejimi, Karantin rejimi, karantin, Koronavirus, epidemiya, COVID-19
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

4
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

4
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

7
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

7