Xarici işlər naziri Ceyhun Bayramov İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib

İndoneziyanın yeni səfiri gəlib

10
(Yenilənib 23:11 22.12.2020)
Xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.

BAKI, 22 dekabr — Sputnik. 22 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Hildi Hamidi təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən nazir, bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmində olduğumuzu vurğulayıb. Ölkələrin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub. İndonizeyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd olunub.

© AR Ministry of Foreign Affairs
Xarici işlər naziri Ceyhun Bayramov İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib

Səfir Hildi Hamid Azərbaycan hökumətini və Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və Qələbə münasibətilə təbrik edib. 10 noyabr tarixli üçtərəfli bəyanatın bölgədə sülhün təmin edilməsinə xidmət edəcəyindən inam ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı və bölgədə sülhün təmin olunması üçün bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyi vurğulanıb.

Səfir İndoneziya xarici işlər naziri xanım Retno Marsudinin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov səfirə təşəkkürünü bildirib və xarici işlər naziri xanım Retno Marsudi ilə telefon danışığına istinad edərək İndoneziya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

10
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

8
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

8
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

5
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

5