Öldülər, ayaqlarının altında vətən torpağı - şəhid olmuş mədəniyyət işçilərinin siyahısı

© Sputnik / Rahim MuradovŞəhid mayor Anar Novruzovun dəfn mərasimi
Şəhid mayor Anar Novruzovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.

Sputnik Azərbaycan xəbər verir ki, vaxtilə mədəniyyətin müxtəlif sahələrində çalışmış bu gənclər adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş igidlərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilmiş qəhrəman mədəniyyət işçilərinin xatirəsini ehtiramla yad edirik:

Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;

Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

Xəbər lenti
0