PPX avtomobili, arxiv şəkli

Narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanıldı

15
(Yenilənib 18:52 22.12.2020)
Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 22 dekabr — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik xassəli həb qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Elvin Səlimbəyli saxlanılıb. Onun üzərinə baxış zamanı 100 qram, yaşadığı mənzildən 1 kiloqram 208 qram heroin, 240 qramdan artıq psixotrop maddə olan metamfetamin, 271 qram tiryək, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Elvin Səlimbəyli narkotik vasitələri və həbləri Zaur Abbasov adlı şəxsdən onlayn yolla satmaq məqsədi ilə əldə edib. O, həmin şəxsin bank kartına pul yükləyəndən sonra narkotik vasitələri müəyyən edilən yerdən götürüb.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin onlayn satışı ilə məşğul olan Zaur Abbasov da saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 18 qram metamfetamin, 12 qrama yaxın heroin, 80 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışı zamanı pul vəsaitlərinin köçürüldüyü 2 ədəd plastik kart aşkar edilərək götürülüb. Zaur Abbasov isə ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. O, narkotik vasitələrin satışından əldə etdiyi pulları kart hesablarında toplayandan sonra maliyyə hesabatını həmin şəxsə göndərirmiş.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş  Zaur Əliyev də saxlanılıb. Onun üzərindən 186 qrama yaxın psixotrop maddə olan metamfetamin, 1 kiloqram 850 qram heroin aşkar edilib. Zaur Əliyevin  yaşadığı evdən isə əlavə olaraq 1000 ədəd metadon və 200 ədəd tramadol həbləri, 560 qram heroin və 1 ədəd elektron tərəzi polislər tərəfindən götürülüb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı İmaməddin Məhərrəmov tutulub. Onun üzərinə baxış zamanı 43 qrama yaxın heroin, yaşadığı evdən 4 kiloqram 144 qram heroin, 613 qram psixotrop maddə metamfetamin, 3 kiloqram 180 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 13 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş 4180 ədəd narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

15

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev