Koronavirusа qarşı peyvənd, arxiv şəkli

COVID-19 peyvəndləri yeni növ koronavirusa da təsir edəcək

8
(Yenilənib 13:09 21.12.2020)
Koronavirusun çıxıntılarındakı zülaldakı etitoplarda (antigen makromolekulunun bir hissəsi) heç bir dəyişiklik baş vermədikdə, anticisimlər yenə də onlara hücum edə bilər.

 

BAKI, 21 dekabr — Sputnik. Mövcud COVID-19 peyvəndləri, eyni zamanda İngiltərədə yayılan yeni koronavirus növünə qarşı da təsirli olacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Belozerski İnstitutunun Virologiya şöbəsinin professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski danışıb.

Virusun yeni modifikasiyası onun yoluxuculuğu ilə əlaqələndirilir.

Buna baxmayaraq, onun antigen quruluşu dəyişməyib.

Belə ki, koronavirusun çıxıntılarındakı zülaldakı etitoplarda (antigen makromolekulunun bir hissəsi) heç bir dəyişiklik baş vermədikdə, anticisimlər yenə də onlara hücum edə bilər.

8

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

0
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9