BAKI, 21 dekabr — Sputnik. Bu il yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən "Türkvizyon"- Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, ukraynalı Qaqauz türkü Nataliya Papazoğlu "Tikanlı yol" mahnısına görə 226 səslə birinci yerə layiq görülüb.
İkinci yerdə Rusiya (Saxa-Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.
Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa, Rumıniya və digər ölkələr olmaqla 26 təmsilçi iştirak edib. Qalibləri də 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, müsabiqədə ən çox təmsilçi Rusiyadan qatılıb, moskvalı iştirakçı ilə bərabər Saxa Yakutiya, Tuva, Tümen, Tatarıstan, Noqay, Hakasya, Başqırdıstan türkləri müsabiqədə yer alıb.
Müsabiqənin xüsusi "Tamaşaçı rəğbəti" mükafatı Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifasına görə polşalı ifaçıya verilib.
"Türkvizyon" Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb. TMB TV-dən bildirilib ki, gələn il müsabiqə Azərbaycanın Şuşa şəhərində keçiriləcək.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.