Yerevanda etirazlar, arxiv şəkli

Ermənistanda on dörd general Paşinyana qarşı çıxdı - onlar xalqa müraciət edib

157
(Yenilənib 18:02 19.12.2020)
İçərisində sabiq müdafiə naziri Seyran Ohanyanın da olduğu on dörd general qısa müddət ərzində daxili siyasi sabitliyin bərpasının və yeni bir hökumətin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

BAKI, 19 dekabr — Sputnik. İstefada olan erməni generalları ölkənin Baş naziri Nikol Paşinyanı vəzifəsindən ayrılmağa çağırıblar.

"Xalqımızı ölkənin üzləşdiyi problemləri ayıq başla qiymətləndirməyə çağırırıq", - Sputnik Ermənistan-ın məlumatına görə, bu sözlər istefada olan zabitlərin müraciətində əksini tapıb.

Generallar qısa müddət ərzində daxili siyasi sabitliyin bərpasının və yeni bir hökumətin formalaşdırılmasının vacibliyini qeyd ediblər. Dövlət strukturlarının və xüsusən də orduya tapşırıqların dəqiq bir şəkildə tərtib olunmasının zəruriliyi vurğulanıb. Bəyanatda həmçinin mövcud hökumətin iflas etdiyi və dövləti idarə edə bilmədiyi də qeyd olunub.

Bəyanatda deyilir:

"Bu hökumət Ermənistanın gələcəyi üçün məsuliyyət daşıya bilmir və dərhal istefaya getməlidir".

Generallar xalqa və orduya dəstək verdiklərini, Ermənistanın və Qarabağın təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərməyə hazır olduqlarını vurğulayıblar. Onlar ölkənin düşmən tərəfindən hər cür təcavüzə hazır olmasının vacibliyini qeyd ediblər.

Bəyanatı Ermənistan Silahlı Qüvvələrinin 14 generalı imzalayıb: ER Silahlı Qüvvələrinin general-polkovniki Seyran Ohanyan (Ermənistanın sabiq müdafiə naziri), general-polkovnik Yuri Xaçaturov, general-polkovniki Movses Akopyan, general-polkovniki Mikael Qriqoryan, general-leytenant Hayk Kotancyan, general-leytenant Levon Mnasakanyan, general-leytenant Arşavir Qaramyan, general-leytenant Alik Mirzabekyan, general-leytenant Samvel Karapetyan, general-mayor Armen Kahramanyan, general-mayoru Vladik Ovannisyan, general-mayoru Vyaçeslav Danielyan, general-mayor Valeri Qriqoryan, general-mayoru Aşot Petrosyan.

Xatırladaq ki, müxalifət baş nazir Nikol Paşinyan və onu komandasını Qarabağda ermənilərin maraqlarına xəyanət etməkdə günahlandıraraq 10 noyabrdan bəri onun istefasını tələb edir.

Bundan əlavə, müxalifət 22 dekabr saat 12: 00-da paytaxtdakı Respublika Meydanında mitinq keçirməyi planlaşdırır. Əvvəlki mitinq 5 dekabrda Azadlıq Meydanında baş tutmuşdu.

157
Teqlər:
Yerevan, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Seyran Ohanyan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

3
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

3
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5