BAKI, 19 dekabr — Sputnik. "YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa da başlayıblar.
"ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır. Müddətindən asılı olaraq onun müalicə xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanacaq. Şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızı hazırda tənha yaşayır və xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün müraciət edib.
"YAŞAT" Fondu tərəfindən məsələyə baxılıb və müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq. Müalicə ilə əlaqədar yaranacaq digər xərcləri isə Fond öz öhdəsinə götürüb.
Yalnız fərdi qaydada deyil, irihəcimli yardımlar da gerçəkləşir. Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və "RGO" ortopedik cihazına ehtiyacı olan 6 qazimiz üçün bu cihazlar xaricdən sifariş edilib.
Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.