Qədim Qurama sənəti

İçərişəhərdə qadınlar üçün var - FOTO

26
(Yenilənib 19:32 18.12.2020)
Burada işlə təmin olunan qadınlarımız, eyni zamanda unudulmaqda olan qurama sənətinin incəliklərinə yiyələnəcək, həm də bu sənəti inkişaf etdirəcəklər

BAKI, 18 dekabr — Sputnik. 2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilir.

  • Qədim "Qurama" sənəti
    © The Executive Power of the Baku City
  • Qədim "Qurama" sənəti
    © The Executive Power of the Baku City
  • Qədim "Qurama" sənəti
    © The Executive Power of the Baku City
  • Qədim "Qurama" sənəti
    © The Executive Power of the Baku City
1 / 4
© The Executive Power of the Baku City
Qədim "Qurama" sənəti

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhər Məşğulluq İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi ilə qarşılıqlı şəkildə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda xalq sənətkarlığının inkişafı və Xəzər rayonunda yaşayan işsiz qadınların məşğulluğunun təmin edilməsi məqsədilə başlayacağı yeni layihəyə Qala qəsəbə sakinlərindən yeddi nəfər qadın cəlb ediləcək.

Layihədə yer alan xanımlara "İçərişəhər" Muzey Mərkəzinin təşkilatçılığı ilə qurama sənəti üzrə mütəxəssis, beynəlxalq sərgilərin iştirakçısı Sevil Məmmədova tərəfindən xüsusi təlimlər keçiriləcək.

Burada işlə təmin olunan qadınlarımız, eyni zamanda unudulmaqda olan qurama sənətinin incəliklərinə yiyələnəcək, həm də bu sənəti inkişaf etdirəcəklər.

Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutur.

Bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da sonralar gözəl bir bədii sənətkarlıq növünə çevriib. Konkret üslubu olmayan bu sənət növündə ustadan sadəcə bədii zövq və uyğun rənglərdən kompozisiya qurmaq istedadı tələb olunur.

Layihənin həyata keçirilməsində məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi və dünyada tanıdılmasıdır.

Layihə çərçivəsində qurama tikmə sənətini interaktiv turlara daxil etməklə "Qala" qoruğunda yerli və xarici turistlərin marağına səbəb olacaq master-klasslar da təşkil olunacaq.

Maraqlısı budur ki, bəzi tarixi ənənələri hələ də özündə yaşadan Qala kəndi bu cür etno sənət növlərinin bərpasına və təbliğinə dəstək göstərilməklə qloballaşan dünyamızda texnologiyalardan yorulan insanların üz tutmaq istədiyi bir məkan olacaq.

Qurama sənətinin bərpası layihəsinin uğurlu nəticəsi olaraq gələcəkdə "İçərişəhər" DTMQİ-nin "gurama.az" brend məhsullarının hazırlanması da nəzərdə tutulub.

26
Teqlər:
Qala, qadınlar, , İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Bakı
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

22
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

22
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

11
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

11