BAKI, 18 dekabr — Sputnik. Qarabağ bölgəsində tikinti-abadlıq işlərinin və yeni infrastruktur layihələrinin icrası məqsədilə ərazilərin topoqrafik vəziyyətinin xəritələndirilməsi işləri həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin rəhbəri Nazim İsmayılov bildirib ki, işlərə ilkin olaraq Şuşa şəhərindən başlanılıb və bu proses bölgənin bütün ərazilərini əhatə edəcək.
Hazırda mütəxəssislərimizdən ibarət yaradılmış qrup tərəfindən Şuşa şəhərinin coğrafi və geometrik elementlərinin öyrənilməsi və detallı topoqrafik xəritənin hazırlanması üçün işlər aparılır. Müəssisə rəsmisinin sözlərinə görə, Qarabağ regionu və ətraf rayonlarda iqtisadiyyatın bütün sahələri üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk öncə ərazilərin topoqrafik xəritələrinin hazırlanması vacibdir. Bu xəritələr aparılacaq yenidənqurma işlərinin icrasına əsaslı zəmin yaradacaq.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.