Tibbi yardım maşını, arxiv şəkli

Döyüş bölgələrinə ezam edilən tibb işçilərinin sayı açıqlandı

16
(Yenilənib 13:22 18.12.2020)
Sentyabrın 27-dən Azərbaycan ərazisində gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçiləri növbə ilə döyüş bölgələrinə ezam edilib.

BAKI, 18 dekabr — Sputnik. Vətən müharibəsi dövründə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının gördüyü işlər açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Stansiyanın baş həkiminin müavini İradə Əliyeva sentyabrın 27-dən Azərbaycan ərazisində gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçilərinin növbə ilə döyüş bölgələrinə ezam edildiyini bildirib. O qeyd edib ki, tibb işçiləri yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər.

16

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

3
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

3
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5