İslam Babayev

Bu yaranı Zəfər sağaltmadı - Şuşada 28 il əvvəl əsir götürülmüş polisi ailəsi axtarır

506
(Yenilənib 10:06 17.12.2020)
Qismət Babayevin sözlərinə görə, 1992-93-cü illərdə apardıqları araşdırmalar nəticəsində qardaşının sağ olduğunu öyrənə biliblər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Babayev İslam Əhmədağa oğlu 1992-ci ildə Nəsimi rayon polis idarəsindən polis kimi cəbhə bölgəsinə aparılıb. 8 may 1992-ci ildə Şuşa şəhərində gedən döyüşlər zamanı itkin düşüb.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən qardaşı Qismət Babayev bildirir ki, həmin dövrdə polis işçiləri 10 gün müddətinə Şuşaya göndərilirdi.

© Sputnik / Irade JELIL
İslam Babayev

"Qardaşım və iki polis əməkdaşı Şuşaya göndərilmişdi. Axırıncı gün, onların qayıdacaqları gün Şuşa hadisələri baş verdi. Qardaşım Bala Kirs deyilən ərazidə postda olan zaman döyüşlər başlayıb və o, döyüşərək yaralanıb.

Q.Babayevin sözlərinə görə, 1992-93-cü illərdə apardıqları araşdırmalar nəticəsində qardaşının sağ olduğunu öyrənə biliblər. Hətta İslam Babayevin əsirlikdən azad edilməsi üçün erməni əsir də aldıq. Aldığımız məlumata görə, qardaşım Babayev İslam və iş yoldaşı Cəfərov Əfruz sağdır.

Q.Babayev əlavə edib ki, bu günə qədər rəsmi şəkildə əldə edilən məlumatların heç birində həmin şəxslərin öldüyü qeyd edilməyib. Bütün məlumatlarda onun sağ olduğu bildirilir.

Həmin dövrlərdə azad edilən əsrilər onun qardaşını Spitakda və Şuşa həbsxanasında gördüklərini qeyd ediblər.

"Dövlət tərəfindən dəyişmək üçün bir neçə dəfə əsir ayrılsa da, ermənilər qardaşımı dəyişməkdən imtina etdilər. Həmin dövrlərdə pul müqabilində dəyişmək məsələsi də var idi. Biz hər yola əl atdıq. Amma mümkün olmadı", - deyən Q.Babayev bildirib ki, məsələ ilə bağlı bütün Beynəlxalq təşkilatlara müraciət edilib. İki il əvvəl isə Q.Babayevin ailəsindən DNK analizi götürülüb.

Ancaq aradan illər keçsə də, İslamdan heç bir xəbər ala bilməyiblər.

© Sputnik / Irade JELIL
İslam Babayev

Hazırda ailə Qarabağ müharibəsi qələbə ilə başa çatdığı üçün Qismət İslam Babayev haqqında məlumat almaq və onun geri qaytarılmasını istəyir.

Q.Babayev qeyd edir ki, məsələ dövlət səviyyəsində olarsa, yəqin ki, İslamın geri qaytarılması və ya İslam haqqında hər hansı bir məlumatın əldə edilməsi mümkün olar.

Qeyd edək ki, İslam Babayev əsir düşəndə 25 yaşı olub.

506

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev