Milli Məclisin iclasının gündəliyi açıqlanıb

© Photo : Milli MajlisMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin plenar iclasında Vergi, İnzibati Xətalar, Gömrük, Mülki Məcəllələrdə, bir sıra qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

BAKI, 16 dekabr — Sputnik. Dekabrın 18-də Milli Məclisin plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 16 məsələ daxil edilib. 

Həmin məsələlər bunlardır:

1.Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2."Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3."Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4.Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5."Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6."Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan
Karantin rejiminin pozulmasına görə cərimələr artırılacaq

7.Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

9.Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

10."Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

12.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13."Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

14."Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

15."Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

16."Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə" dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Xəbər lenti
0