Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Çalışın, yaza qədər salamat qalın - ÜST-dən xəbərdarlıq

21
(Yenilənib 12:53 16.12.2020)
Ümumdünya Səhiyyə Təşkilatı: "Yaz aylarında peyvəndlənmə olduğundan yoluxma sayında da azalma müşahidə olunacaq".

BAKI, 16 dekabr — Sputnik. "Qarşıdakı üç ay çox kritikdir. Yaz aylarında peyvəndlənmə olduğundan yoluxma sayında da azalma müşahidə olunacaq. Odur ki, üç ayda ciddi qorunmaq lazımdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi qeyd edib ki, oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır:

"Lakın son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür, 4 min civarında gündəlik yoluxma qeydə alınır. Bu, yaxşı xəbərdir. Karantin rejimi insanları yoluxdurmaqdan qorumaq üçündür. Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır. Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlləri çatmazsa, ölə bilərlər. Bunu azatlmaq üçün tək yol insanların çox sayda bir yerə gəlməsinə mane olmaqdır".

21
Teqlər:
Hande Harmancı, Ümumdünya Səhiyyə Təşkilatı, Koronavirus, epidemiya, COVID-19
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

3
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

7
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

7
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar