Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif edilir.
Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması təklif edilir.
Bu, 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Qanuna dəyişiklik müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" qanuna təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.
TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.
Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.