Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin yeni ili necə qarşılayacaq?

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время встречи в режиме видеоконференции, фото из архива
Президент РФ Владимир Путин во время встречи в режиме видеоконференции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov Putinin yeni il tətili barədə: "Onda adətən belədir - o, heç vaxt tam dincəlmir, amma ola bilsin nəfəsini dərəcək"

BAKI, 13 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin, Yeni ili hər il olduğu kimi ailəsi və dostları ilə birlikdə qarşılayacaq.

Sputnik Azərbaycan RİA- Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Yeni ili harada qarşılayacağını bilmirəm, amma hər il olduğu kimi ailəsi və dostları ilə görüşəcəyini çox inamla deyə bilərəm", - deyə Peskov Naili Əsgər-zadənin "Rossiya 1" telekanalında yayımlanan "Təhlükəli Virus. Birinci il" filmində deyib. 

Peskov, Putinin bayram tətilində dincəlməsə də, nəfəsini dərəcəyini deyib. 

"Onda adətən belədir - o, heç vaxt tam dincəlmir, amma ola bilsin nəfəsini dərəcək", - deyə mətbuat katibi əlavə edib. 

Xəbər lenti
0