Qar adamı, arxiv şəkli

Sabah qar yağacaq

38
(Yenilənib 13:52 13.12.2020)
Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

BAKI, 13 dekabr - Sputnik. Azərbaycanda dekabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9°, gündüz 10-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

38
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

4
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

4
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

7
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

7