Zibil qutusundan sərvət dəyərində rəsm əsəri tapıldı

© pixabay / RitaEZibil qutusu, arxiv şəkli
Zibil qutusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin nümayəndəsi səlahiyyətlilərin əvvəlcə sənət əsərlərini tapa bilmədiklərini, ancaq sonra əsərin hava limanının zibil qutularından birində tapıldığını bildirib.

BAKI, 13 dekabr — Sputnik. Düsseldorf hava limanının zibil qutusundan dəyəri 280 min avro olan rəsm əsəri tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, noyabrın 27-də İsrailə gedən bir iş adamı hava limanında fransız rəssam Yves Tanguya məxsus olan sürreal rəsm əsərini unudub. İsrail hava limanına çatan iş adamı dərhal Alman polisi ilə əlaqə saxlayaraq vəziyyəti izah edib. Polis sözçüsü, səlahiyyətlilərin əvvəlcə sənət əsərlərini tapa bilmədiklərini, ancaq sonra əsərin hava limanının zibil qutularından birində tapıldığını bildirib.

Məlumat üçün bildirək ki, sürrealist rəssam Yves Tanguy 1900-cü ildə Parisdə doğulub. Rəssamın sözügedən əsərinin əsas mövzusu qəribə mənzərələr-halüsinasiyalardır.

Xəbər lenti
0