Çayxana

"Ray club" müştərilərinə cənnəti axıra qədər dadızdıra bilmədi

21
(Yenilənib 18:44 11.12.2020)
Onlar barəsində inzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

BAKI, 11 dekabr — Sputnik. Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman "Ray club" adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 

21
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

3
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

3
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

3
(Yenilənib 18:03 18.01.2021)
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.

3