Manat, arxiv şəkli

Azərbaycanlı hakimlərdən ədalətli addım

14
(Yenilənib 18:46 11.12.2020)
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb.

BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları "YAŞAT" Fonduna vəsait köçürüblər. Bu barədə Sputnik Azərbaycan-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz dəstəyini bildirərək "Yaşat" Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb.

14
Teqlər:
YAŞAT Fondu, Ali Məhkəmə

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

4
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

4
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

3
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

3