Ərdoğan: “Putinin yanaşması prosesin müsbət istiqamətdə davam etməsinə yardım etdi”

78
Türkiyə lideri: "İş həyata keçməyə başlayandan sonra da biz burada möhtərəm Vladimir Putinlə danışıqlar apardıq"

BAKI, 10 dekabr - Sputnik. “Biz bu gün qardaşımla ətraflı müzakirə apardıq. Nə üçün Qarabağ münaqişəsinin həlli bu günə qədər uzadıldı? 30 il nə üçün Qarabağda bu çilə çəkdirildi? Minsk üçlüsünün işi nə idi? Bunlar - ABŞ, Rusiya, Fransa dünyanın ən güclü ölkələri idi. Nədən bu iş bu qədər uzadıldı, nədən nəticələndirilmədi? Nəticə əldə edə bilməzdilərmi? Edə bilərdilər. Bəs nə üçün uzatdılar?”

Sputnik Azərbaycan-ın məlumatına əsasən, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müharibə başlayandan daha sonra müsbət mesajlar gəlməyə başlayıb: “Bunların başında da Fransa… Davamlı şəkildə qardaşımı arayır, nəticələr əldə etməyə çalışırdılar. Zaman-zaman bizimlə də əlaqə saxlama istəyirdilər, doğrusu, biz cavab vermədik. Çünki bilirdik ki, dərd başqadır. Bunu da xüsusən qardaşlarımız artıq “göbəyimizi kəsəcəyik” dedilər və addımı atdılar, artıq iş həyata keçirməyə başladı. İş həyata keçməyə başlayandan sonra da biz burada möhtərəm Vladimir Putinlə danışıqlar apardıq. Eyni şəkildə işin diplomatik qismini xarici işlər nazirimiz Mövlud Çavuşoğlu həyata keçirdi. Xüsusən bu nöqtədə kəşfiyyat, müdafiə hissəsi həyata keçirildi. Bütün bu işlərlə birlikdə də hava çox fərqli formalaşmağa başladı. Mən burada Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm. Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”.

78
Prezident İlham Əliyev Füzuli rayonunda

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

 

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

3
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

3