İlham Əliyev: "Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun"

© Sputnik / Murad OrujovBakıda parada hazırlıq
Bakıda parada hazırlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Biz bu illər ərzində güc toplayırdıq, iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik. Mən demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onları hərbi yolla bu torpaqlardan çıxardacayıq. Azərbaycan öz istəyinə nail oldu.

BAKI, 10 dekabr — Sputnik. "Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığıa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxış edərkən bildirib.

"Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur. Əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır", - deyə Prezident qeyd edib.

İlham Əliyev deyib ki, bu illər ərzində Azərbaycan güc toplayıb, iqtisadiyyatını, ordusunu gücləndirib: "Biz bu illər ərzində güc toplayırdıq, iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik. Mən demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onları hərbi yolla bu torpaqlardan çıxardacağıq. Azərbaycan öz istəyinə nail oldu".

Xəbər lenti
0