Bir dəstə azərbaycan manatı, arxiv şəkli

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə aylıq Prezident təqaüdü təyin edildi

20
Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

BAKI, 10 dekabr — Sputnik. Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncamla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, digər sosial təminat növləri kimi, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur. Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

20

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16