Bakıda parad

Azadlıq meydanında "Zəfər paradı" keçirilir

120
(Yenilənib 13:48 10.12.2020)
Azadlıq meydanında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə həsr olunmuş parad keçirilir.

BAKI, 10 dekabr — Sputnik. Bakıda, Azadlıq meydanında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə həsr olunmuş parad keçirilir.

Qələbə paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndələri izləyirlər.

Parad Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verməsi ilə başladı.

Azərbaycan və Türkiyə liderləri əsgərləri salamladılar. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. 

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də paradda keçid edəcəklər.

120
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

1
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1