Manat, arxiv şəkli

Parlamentdə əmanətlərin tam sığortalanması müddətinin uzadılması məsələsinə baxılır

14
(Yenilənib 13:18 09.12.2020)
İclasda "Əmanətlərin tam sığortalanması haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Mühasibat uçotu haqqında" qanunlarda dəyişikliklər müzakirə olunur

BAKI, 9 dekabr — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Əmanətlərin tam sığortalanması haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Mühasibat uçotu haqqında" qanunlarda dəyişikliklər müzakirə olunur.

İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov, Azərbaycan Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova qanun layihələri ilə bağlı rəylərini bildirirlər.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Tapdıq oğlu Gülməmmədovun namizədliyinə dair fikirlərini ifadə edəcəklər.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbədən sonra qarşımızda yeni hədəflər durur: "Bu baxımdan qoyulacaq sərmayələr, məşğulluq proqramı mühüm əhəmiyyət kəsb edir. Ölkənin inkişafında təbii ki, iqtisadiyyatın mühüm rol oynaması nöqteyi-nəzərindən maliyyə sektoru daha da güclənməli və daha da şaxələnməlidir. Torpaqlarımızın azad edilməsi ilə nəticələnən ağır müharibədən sonra Azərbaycan iqtisadiyyatı makro-iqtisadi sabitliyi qoruyub saxlayırsa, Ermənistan isə tənəzzülə doğru gedirsə, bu ölkəmizin öndə olduğunu göstərir, Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir".

"Əmanətlərin sığortalanması haqqında" qanuna təklif olunan dəyişikliklər barədə danışan Mərkəzi Bankın sədri qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu əhalinin əmanətlərinin və makro-iqtisadi sabitliyin qorunması baxımından çox işlər görür.

14
Teqlər:
iclas, siğorta, əmanət, Milli Məclis
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

1
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

1