Jurnalist

"Sputnik Latviya"ya qarşı təzyiqi Azərbaycanın media ekspertləri kəskin pislədilər

46
(Yenilənib 16:57 04.12.2020)
Professor Qulu Məhərrəmli: "Azərbaycanda da "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi fəaliyyət göstərir. Bu xəbər agentliyində bizim tanıdığımız, Azərbaycan mətbuatında imzası olan jurnalistlər çalışırlar.".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik Latviya" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalist, teletənqidçi Qulu Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında "Sputnik Latviya"nın jurnalistlərinə qarşı edilən təzyiqləri pisləyib: "Bir media qurumunun və informasiya agentliyinin başqa ölkədə təmsil olunması beynəlxalq hüquqa əsaslanmalıdır. Həmin media qurumu akkreditasiyadan keçərək öz məqsədinə uyğun fəaliyyət göstərməlidir. Necə ki, "Associated Press", "France-Presse" və başqa KİV-lər fəaliyyət göstərir, AZƏRTAC, "Sputnik" də belə fəaliyyət göstərməlidir. Çox təəssüf ki, "Sputnik"ə olan münasibət bir çox məqamlarda siyasiləşdirilir. Azərbaycanda da "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi fəaliyyət göstərir. Bu xarici xəbər agentliyində bizim tanıdığımız, Azərbaycan mətbuatında imzası olan jurnalistlər çalışırlar. Pribaltikada, yəni, Baltikyanı ölkələrdə "Sputnik"ə həssaslığın kökü, Rusiyaya, Rusiya siyasətinə olan münasibətdən qaynaqlanır. Bütün hallarda jurnalistləri həbs etmək, onlara agent kimi yanaşmaq yolverilməzdir. Əgər hansısa dövlət başqa ölkənin qurumunun fəaliyyətini istəmirsə, bəyənat verib onu bağlaya bilər. Məncə bütün davranışlar beynəlxalq hüquq çərçivəsində olmalıdır. Mən elə bilirəm ki, hər şey beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Onların davranışları da, fəaliyyətləri də. Əgər xarici medianın məqsədi ölkə həyatına aid məlumatları işıqlandırmaq, yaymaqdırsa, bununla məşğul olmalıdır. Fəaliyyət çərçivəsi çox dəqiq olmalıdır. Yerli strukturlar nəyisə bəhanə edib xarici mediaya qarşı savaş aça bilməz. Təəssüf ki, dövlətlərarası münasibətlər gərgin olduqda, bunun ziyanı mediaya dəyir. Bu, belə olmamalıdır. Bu baxımdan mən Baltikyanı ölkələrdən mediaya qarşı bu münasibətdə qeyri-adi heç nə görmürəm. Hesab edirəm ki, jurnalistlərin toxunulmazlığı gözlənilməlidir. Əgər bir ölkənin başqa ölkə ilə münasibətləri kəskinləşirsə, bundan jurnalistlər və media qurumu əziyyət çəkməməlidir", - deyə Qulu Məhərrəmli bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

46
Teqlər:
Həbs, jurnalist, təzyiq, Sputnik Latviya, professor Qulu Məhərrəmli

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3