Şəkər zavodunda iş prosesi, arxiv şəkli

Şəkər tozu alarkən diqqətli olun - dövlət qurumundan xəbərdarlıq

33
(Yenilənib 00:17 03.12.2020)
AQTA: Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 %-dən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biri olan şəkər tozu haqqındadır.

Şəkər sinir sistemini gücləndirən, görmə, eşitmə qabiliyyətini və diqqəti artıran, eləcə də asanlıqla həzm olunan yüksək kalorili (375 kkal / 100 q) bir yeyinti məhsuludur. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 %-dən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.

Şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 %-i şəkər çuğundurundan, 55 %-i isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.

Şəkər qаmışının gövdəsi şəkər istеhsаl еtmək üçün əsаs хаmmаl sayılır. Bu bitkinin tərkibindəki şəkərin miqdаrı şəkər çuğundurunа nisbətən аzdır. Şəkər çuğundurundan istеhsаl еdilən şəkər tozu əhаlinin bu məhsula оlаn tələbаtının ödənilməsində dаhа mühüm əhəmiyyətə malikdir. Bu xammal bir çox texnoloji mərhələdən keçdikdən sonra şəkər halına düşür. Qeyd edək ki, 100 kq şəkər çuğundurunun еmаlındаn 12-15 kq şəkər alınır.

İstehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə bir sıra amillərə diqqət yetirmələri tövsiyə olunur. Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır. Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir. Keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunda nəmin kütlə hissəsi 0.14 %-dən daha çox olmamalıdır. Quru maddə baxımından saxarozanın kütlə hissəsi isə 99,75 %-dən az olmamalıdır. Şəkər tozunda reduksiyaedici maddələrin kütlə payı 0.05 %-dən daha çox təşkil etməməlidir.

Ümumiyyətlə, məhsulun toz şəkər və quru dənəvər formaları olur. Toz şəkər saxaroza kristallarından ibarətdir. Ölçüləri vahid, nizamlı formalı və parıldayan olmalıdır. Quru dənəvər şəkərin və onun sulu məhlulunun qoxusu yoxdur və suda tam həll olunur. Əgər suda həll etdikdən sonra suyun rəngi dəyişirsə, çöküntü yaranırsa, bu şəkər rafinasiya olunmamış, yəni saflaşdırılmamış (keyfiyyətsiz) məhsul sayılır.

Şəkər tozu nəmliyə məruz qalmamalıdır, düzgün temperaturda saxlanmalıdır. Məhsulun keyfiyyətinin aşağı düşməsinə mal qonşuluğu prinsipinin pozulması da ciddi təsir edir. Mal qonşuluğu prinsipinin başlıca şərti qida məhsullarının fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə alıb, onları münasib şəraitdə saxlamaqdır. Belə ki, şəkər məhsulunu yaxşı havalandırılan, quru otaqlarda saxlamaq məqsədəuyğundur. Rəflərdə kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır. Həmçinin kəskin qoxulu məhsullardan ayrı saxlanılması tövsiyə olunur.

Qida rasionumuzun əsasını təşkil edən məhsullardan olsa da, şəkərin normadan artıq qəbulu sağlamlığımız üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu "ağ ölüm" də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına səbəb olur. Eyni zamanda xroniki xəstəliklərə yol açır. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər.

33
Teqlər:
şəkər tozu, şəkər, Qida Təhlükəsizliyi Agentliyi, qida təhlükəsizliyi, AQTA
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

7
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

7

Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmənin ilk günü Foto

8
(Yenilənib 00:06 19.01.2021)
Azərbaycanda bu gün koronovirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İlk olaraq Çinin CoronaVac preparatı ilə tibb işçilərini peyvəndləməyə başlayıblar. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.

8
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.

  • © Sputnik / Murad Orujov

    Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

Teqlər:
TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə naziri Oqtay Şirəliyev, Oqtay Şirəliyev, Koronavirus, epidemiya, COVID-19